“Daha vayfayı olmayan evə gəlin də gəlmir”- Miri Rəsulzadə

0

Meydan doludur amma bu dəfə qatar depoya gedir.. Hamı Mövlanadan sitat gətirir, “gəl, kim olursan ol, yenə gəl”- deyir. İnanın Mövlana üzərindən haqqa gələni yox, daha çox gedənlərin şahidi oldum. Bu cür isti bir mesajı, həlim və yumşaq bir çağırışı müasirlərin dili ilə desək tolerantlığı hələ qəbul edəcək səviyyədə deyilik. Ruhumuzu o qədər inkişaf etdirməmişik. Axı biz hər şeyi tərsinə başa düşürük.
Problemlərimiz də öz təmayülünü dəyişib. Bu günün insanı evində interneti olmadığından və ya sürətinin az olmasından gileylənir, həzm edə bilmir.
Axır zamandayıq. Hər şey; insanlar, qavramlar, əşyalar, düşüncələr sürətlə dəyişir. Daha vayfayı olmayan evə gəlin də gəlmir. Gəlmək istəmir. Nə də ki, İphone-nu olmayana qız vermirlər atam balası. Heç bizim sevdiyimiz də Azərbaycan deyil. Səməd Vurğunun pafoslu “Azərbaycan” şeiridi. Vətən eşqi ərazi sevgisinə çevrilib. Nə deyirəm Allah bizə göz dolusu bazar versin.
İntellektual insan evində skaypı olan deyil. Sizə modern insanın tərifini deyim. Evinə kombi çəkdirəndən sonra radiatorun üstündə oturub, selfi çəkib, instagrama qoyub “Like”gözləyən insana “modern” insan deyilir. Müasir insan evdən çıxınca gördüyü hər şeyə sahib olmaq istəyir; qadın, pul, maşın, kariyera, güc… Ona görə Azərbaycanı bizdən alıb Zaurla, Xoşqədəmə həvalə etdilər. Şəxsən mən müasirliyin əleyhinəyəm. Çünki hamı hər şeyi bilir, hərşeyşünasdır. Bütün suallara mütləq cavab verməlidir yoxsa ürəyi partlayar. Elə bil söyüş qoyublar.
Evində hüzur içində sevinclə supunu içən bir dənə də olsun kiçik ailə qalmadı, hamı böyüdü. Artıq belə cəmiyyətdə yaşamaq maraqsızdı cansıxıcıdı. Çoxdan itirib dadını. Daha halal qazancından kartof qızartması yeməyin yeni adı- bacarıqsızlıq, abdallıq, tənbəllik olub. Bu gün kapitalizm pizza yeməyəni kişi saymır. Elə bir zehniyyət formalaşdırıblar ki, çayxanada belə sadə (şokaladsız, mürəbbəsiz) çay sifariş vermək üçün mütləq adamın olmalıdır )
Biz bilirsiz necəyik? Azacıq üstümüzə gəldiklərində Quzu balasına dönən, xırda çətinliklərə gücü çatmayan, işıq pulunun, qaz pulunun əsirinə çevrilən və bütün uğursuzluqları Rəbbinin ayağına yazan xalqıq… Onu günahlarımızdan çox sükutumuzla, hərəkətsizliyimizlə üzürük, məyus edirik. Amma o bizdən ümidini üzmür.. Bəlkə o üzdən qiyamətin vaxtını uzadır ki, biz ağıllanaq, qanaq..
Əvvəldən müsəlmanın üç adresi varıydı; ev, iş, məscid. Telefonsuz yaşamaq bu qədər asan idi. İstədiyin adamı anında tapırdın. Di, gəl indi? Bu günün insanını gərək bu üç məkandan kənarda axtarasan. Yoox, elə bilməyin ki, adresi yoxdur, var. Müasir adresləri var. Feysbuku var, odnaklassniki var, Tvitteri var.. Nəyi yoxdur ki. Şairin dediyi kimi- “Bu fani whatsapda iz qoyan gərək”.

Davamı zadı yoxdur…

Miri Rəsulzadə

Paylaş

Şərh yaz