Onlar bizə Vətəni sevməyi öyrədib getdilər…

0

Onlar bizə Vətəni sevməyi öyrədib getdilər…
“Hər dəfə möhürün üzərinə səcdə edəndə işğal olunmuş torpaqlarımız yadıma düşür..”
İlqar Kamil
Qarabağ bizim yaralı yerimizdi. İllərdir Azərbaycan kişisini məğrur vəziyyətə salan, məğlub göstərən, onu utandıran, belini bükən də məhz bu dərddi. Bizim insanımızı səbirsiz edən, ailəsinə, cəmiyyətinə qarşı aqressiv qılan da bu hirsdi… Çünki onun Qarabağ adlı dərdi var..
Gözümüzü 90-cı illərdə səpilən vətənpərvərlik toxumuna dikmişdik, cücərib bəhrə verməsini gözləyirdik. Qəhrəmanlar biçməyin vaxtı yaxınlaşırdı. Hamının səbr kasası dolmuşdu ikinci kasaya yer yox idi. Hamı hövsələdən çıxmışdı.
Bütün uğursuzluqları Uca Rəbbin ayağına nə qədər yazmaq olardı?!… Axı Onu günahlarımızdan çox sükutumuzla, hərəkətsizliyimizlə üzürdük, məyus edirdik. Amma o bizdən ümidini üzmürdü.. Bəlkə o üzdən qiyamətin vaxtını uzatmışdı ki, biz düşünək,hərəkət edək ..
Belə bir vaxtda Eməni dığaları atəşkəsi əvvəlkindən də çox pozdular. Elə bil qəsdən acıq verirdilər bu millətə. Bəlkə də meydanı boş, xalqı qorxaq, ürəksiz zənn edirdilər. Amma Azərbaycan əsgəri tez bir zamanda düşməni yerində oturtdu və bu vətəni yenidən özünə qaytardı. Erməninin atəşini də kəsdi, nəfəsini də.. Onların xəyallarını burnundan gətirdi.
Şəhidlərimiz illərdir ölkəmizin dünyada korlanan reputasiyasını özünə qaytardı.. Bir zamanlar atımızın yəhərini öpməyi özləri üçün şan-şöhrət hesab edənləri bir daha yalvartmağa vadar etdi.
Cəbhədə iştirak edə bilməyənlər isə evlərində oturmağa utandılar. Hamı meydana atılmışdı. Böyüyü, kiçiyi, gənci, qocası, qızı-oğlanı.. hamısı..
Xəbərlərdə bir yaşlı ananın göz yaşları ilə dediyi sözlər yadımdan çıxmır.
– “Məni də aparsınlar, heç olmasa onlara (əsgərlərimizə) yemək bişirərəm, paltarlarını yuyaram”.
Ağlaya-ağlaya deyirdi bu sözləri o mübarək ana, yadınıza salın. Belə analara, başını dik tutan atalara görə necə ölməyəsən?!
Ehtiyatda olan qeyrətli oğullarımız hamısı Prezidentə belə müraciət etmişdi:
“Cənab Ali Baş Komandan! Xahiş edirik, əmr ver, biz də döyüşə qatılaq. Vallah utanırıq!!!
Bəli, əvvəlki Qarabağ döyüşçülərindən tutmuş xaricdə təhsil alan tələbələrə kimi hamı döyüşmək istəyirdi. Sanki ölmək üçün yarışırdı Azərbaycan.. İçindəki pası atırdı elə bil. Torpağının qorxaq, fərsiz erməni əlində olmağını həzm edə bilmirdi. Bu vətənin övladlarından ancaq bunu gözləmək olardı…

9 milyonun duaları səmada pərvaz edəndə görəydiz bu Vətəni.. “Allahu Əkbər!” sədaları vətən oğullarının gücünə güc qatırdı.
Məsciddə paklanan, ruhuna Fatihələr oxunan o igidlər bizlərə dənizdə yeriməyi, su üstündə qaçmağı, bir duamızla dağları uçurmağı öyrətdilər. Bizə “vətəni necə sevirlər”- bax onu göstərdilər və getdilər… Dedilər ki:
Səni çoooooooox sevirik ey başı bəlalı Vətən…
Sənə borcluyuq azadlığımızı ey biçarə Vətən…
Səninləyik ey Azərbaycan!!!

Fraqman:
Sən ruhunu tərk edib, yalnız və yalnız bədəninin ehtiyaclarını təmin etdiyin, onun istək və tələblərinə cavab verdiyin üçün səni Allaha və Axirətə bağlayan dəyərlərdən uzaqlaşmış və dünya həyatını özünə əbədi yaşayış yeri qərar vermisən. Düzdür, dilində dünyanın “beş günlük” olduğunu iddia edirsən, lakin ruhundakı əbədiyyət eşqini onun hüdudlarına məhkum etmisən və oradan çıxmaq istemirsən. Sən mənəviyyat aynasını ləkələdiyin üçün ilahi səciyyələr orada əks olunmur, necə ki, Günəş şüaları, kirlənmiş aynada əks olunmaz və buna görə də elə bilirsən ki, sənin yaşadığın həyat elə yaşanılması lazım olan həyatdır.

NOT: «Ey insan! İnsanların çoxluğuna baxıb aldanma! Çünki sən yalnızsan, yalnız öləcəksən, qəbirə yalnız girəcəksən, yalnız qəbirdən qalxacaqsan və öz hesabını verəcəksən.»

Miri Rəsulzadə

Paylaş

Şərh yaz