Sehr təkcə Hoqvartsda olmur- DJ Tural yazır

0

Düşünün ki, əlinizə sehrbazın sehirli əsası keçib. Və bu əsa ilə işləriniz, həyatınız daha sürətli, daha zəngin və daha rəngarəng olacaq.

Bu günümüzdə Apple ekosistemini mən məhz sehirli əsa kimi təsəvvür edirəm.

Mənim Apple cihazları ilə sehirli iş təcrübəm iPhone 3G (2008) ilə başlayıb. Sonra bir tədbirdə mənə iPad bağışlandıqdan sonra bu sehr daha da gücləndi. Bu ekosistemdə bir bağlantı var idi. Öyrəndim ki, “Continuity” adlı funksiyalar toplumu sayəsində bir Apple cihazından digərinə keçid çox asandır. Bu funksiyalara Mac və iPhone arasında bufer məzmunu mübadiləsini paylaşmağa imkan verən “Universal məzmun mübadiləsi” daxildir. Beləliklə siz eyni iCloud hesabında idarəetmə icazəsində olub, məlumatların ötürülməsi üçün Bluetooth və Handoff funksiyasını aktiv etməklə rahatlıqla məlumatları bir cihazdan digərinə ötürə bilərsiniz.

Sonra maraq üçün iTunes yüklədim və artıq kompüterimin yaddaşında olan mahnıları bu iPad-a köçürə bildim. Yaradıcılıq işimin əsası olan MacBook Pro ilə tanışlığım isə illər sonra(2015) baş tutdu. Və beləliklə Apple Watch 1-ci nəsil, Apple TV 2-ci nəsil , AirPods, iPad və Mac Mini ilə özümə sehirli Apple özülü yaratdım.

İndi işlərimi, həyatımı bu sehirli ekosistemlə planlayıram və bundan zövq və maksimal nəticə alıram.

Siz də Apple cihazları almağı planlayırsınızsa, indi tam zamanıdır.

Belə ki, yalnız 10 mart tarixinədək iPhone 15 Pro modelini 312 AZN-ə, MacBook Air-i isə 200 AZN-ə qədər qənaət etməklə əldə edə bilərsiniz.

Sizə Apple ekosisteminin sehrinin mənə verdiyi və daim istifadə etdiyim 10 əsas üstünlükdən bəhs etmək istəyirəm.

Universal Clipboard: MacBook, iPhone, iPad və hətta Apple Watch-da mətn, şəkillər və videoları asanlıqla kopyalayıb, işi digər cihazda davam edirəm. Telefonda linki kopyaladım, iPad -da həmin linki açıb, işimə davam etdim.

Handoff ilə işlərinizi davam etdirin: Bir cihazda başladığınız işi, başqa bir cihazda davam edə bilərsiniz. Misal olaraq, bir e-mail yazmağı iPad -də başlayıb, MacBookda bitirə bilərsiniz. Hal hazırda bu məqaləni Macbook Pro-da yazıram, amma redaktə işini nahar fasiləsində yeməyim gələnə qədər iPad -də davam etdirəcəm.

AirDrop ilə sürətli fayl paylaşımı: Fotolar, sənədlər və digər faylları iOS və macOS cihazları arasında saniyələr içində paylaşıram. Mən bütün video redaktələrimi MacBook Pro-da, Final Cut Pro X proqramında edirəm. Tutaq ki, Apple LOG-da çəkilmiş video iPhone 15 ProMax -da yaddaşdadır. Onu an içində əlavə naqilə ehtiyac duymadan AirDrop -la Macbook-a yollaya bilirəm. Bununla zaman itkisi də yaşanmır.

iCloud ilə faylların sinxronlaşması: Bütün sənədləriniz, şəkilləriniz və məlumatlarınızın istənilən cihazda yüklənməsi əlçatan olacaq.

Elə materiallar var ki, onu AirDrop -la göndərməyə belə ehtiyac yoxdur. Fayllarınızı, şifrələrinizi ümumiyyətlə sizə məxsus olan nə varsa, iCloud-da sinxronlaşdırdıqda əlinizin altında olan istənilən Apple məhsulu ilə ona çata və istifadə edə bilərsiniz.

Find My ilə cihazlarınızı və dostlarınızı izləyin: İtən cihazlarınızı və ya dostlarınızın yerini müəyyən edin. Ailə üzvləriniz də Apple istifadəçisidirsə, o halda siz bir- birinizin yerini bilə, bölüşə və hətta cihazınızın yerini müəyyən edə bilərsiniz. Vacib bir məqamı da qeyd edim ki, bu funksiya sayəsində həmin cihazda internet olmadığı halda belə, cihazın yeri müəyyən edilə bilinir.

AirPlay 2 ilə multimediyanızı paylaşın: Sevimli mahnılarınız, filmləriniz və oyunlarınızdan AirPlay-in dəstəkləyən cihazlarda həzz alın. Çox maraqlı bu funksiya ilə siz iPad -də film izlədikdə, bir anda məkanı dəyişib, daha böyük ekranda izləmək istədiyinizdə bu çox rahatlıqla baş verir. Belə ki, TV-niz AirPlay -i dəstəkləyirsə, filmi onun ekranına rahatlıqla ötürüb, daha böyük ekranda izləmə imkanı qazanırsınız.

Family Sharing ilə ailənizlə paylaşın: Alış-verişləri, abunəlikləri, iCloud-da qoruma imkanını və hətta yer paylaşımını ailə üzvlərinizlə bölüşün. Bu əlverişli funksiya ilə Apple TV, Apple Music abunəliyinizi ailə üzvlərinizlə bölüşə bilərsiniz.

Apple Watch ilə sağlamlığınızı izləyin: Günlük aktivlik, yuxu tsikli və hətta qəlb ritminizi izləmək imkanı. Bununla yanaşı bu saatla telefonda olan kameranı idarə etmək, komandalar göndərmək, ödənişlər etmək, saatda olan bütün məlumatları digər cihazlarınızdan izləmək imkanına maliksiniz.

Time Machine ilə məlumatları yedəkləyin: MacBook- da mühüm məlumatları avtomatik olaraq yedəkləyin və lazım olduqda asanlıqla geri yükləyin. Tutaq ki, MacBook-da bir problem yarandı. Məlumatlarınız itirilməməsi üçün Time Machine -dən istifadə edin. iCloud -da sinxronlaşdırmaq da yadınızdan çıxmasın.

Screen Time ilə cihaz istifadəsini izləyin: Cihazlarınızda nə qədər vaxt xərclədiyinizi haqda məlumatlı olun və sağlam rəqəmsal alışqanlığınız olsun. Həmçinin bu sistem sayəsində rəqəmsalda nə qədər zaman keçirdiyiniz haqda məlumat həftəlik analiz şəklində sizə göndərilir.

Çox vacib bir qeyd olaraq söyləmək istəyirəm ki, adıçəkilən Apple məhsullarını yalnız rəsmi satış tərəfdaşlarından almağınız tövsiyə olunur: iSpaceKontakt HomeIrshadBaku ElectronicsMyShopsBytelecom.

Apple-ın sehirli ekosistemi ilə həyatım daha zəngin, daha asan və daha əyləncəli bir macəraya çevrilib.

oxu.az saytından götürülüb

Paylaş

Şərh yaz