Allah həm də ona görə böyükdür..

0

Allah həm də ona görə böyükdür ki, redaktəsiz və korrektəsiz olunan duaları qəbul edəndir.. Etdiyimiz səhvləri qırmızı qələmlə işləyib, üstündən xətt çəkib, ağ dəftərimizi qırmızıya boyayıb bizi utandırmır, peşman eləmir, həvəsdən salmır əksinə fürsət verir. Çünki O həqiqi müəllimdir… Onun sinifində, nəzərində pis şagird yoxdur.. O dərsini bilməyənə “2” yazmağa tələsmir, dəqiqə başı gileylənib bizi sinifdə qalmaqla qorxutmur.. Çünki O fərqli müəllimdi.. Ən tənbəlimiz haqqında dediyi söz isə budur: “başı (zehni) var amma oxumur, istəsə lap əlaçı olar”.. Bu isə bəndəsinə etdiyi ən böyük jestdir.. Mənim tanıdığım Allah şagirdlərinin gələcəyindən ümidini üzmür..
Bəs biz necəyik? Görəsən laqeydliyimizlə cığallıq edib Onu üzmürük ki? Uşaqlıq edib bu böyük Ustadın neçə dərsini qaçırtmışıq, girməmişik? Ümumiyyətlə necə oxuyuruq?
Allahım, o böyük imtahanda Sinifdə qalmaqdan sənə sığınırıq.

Qarışqa

Paylaş

Şərh yaz