İntihar etməyin..

0

Axırda bu intiharı sevdirəcəksiz cəmiyyətə. “Özünə qəsd” getdikcə dəb halı alır hamı elə bil sözü bir yerə qoyub ölümün dadına baxmaq istəyir, görsünlər nə olan şeydi. Görürsən ki, hansısa gözünə döndüyüm çətinliyə düşən kimi xoş qarşılanacağını zənn edib, şələ-şüləsini yığıb “biznes klas”la o biri tərəfə can atır. Fərariliklə əməyinizi heçə endirməyin, səbirli olun. Belə ölsək inandırım bizdən heçnə çıxmayacaq uzağı 2-3 günlük sosial şəbəkə qəhrəmanı olacağıq, vəssalam. Onsuz da hər bir canlı ölümü dadacaq.
Tərbiyəsizlik etməyin, növbənizi gözləyin. Unutmayın ki, çağırılmamış Allahın hüzuruna getmək ədəbsizlikdir. .

Qarışqa

Paylaş

Şərh yaz