Saçları qışı xatırladan
qadınla
qatar oturacağında
üz-üzəyik…
Bəyazları ətrafa nur yayır…
Kədəri andıran gözləri gözüm kimi –
Bir az yaz,
bir az payız rəngindədir…
Baxışları əlində yol çəkir-
bəlkə də
barmaqlarında
dərdlərini sayır…
Anlamaq elə də çətin deyil…
Dərdləri metro qatarlarının sayından da çox…
Qarşımda oturan bu qadını tanıyıram-
saçları qışı xatırladır,
gözləri bahar rəngi…
Küsməyə adamı yox…
Tamilla Qulami