Dünyanın ən qarışıq, ən qaranlıq vaxtlarında üzümüzü güldürən, bizə güc verən, bizi sabaha həvəsləndirən xanımlar!
Hər zaman xoşbəxt olun, sevilin, gülün. Sizin ümidinizə qalmışıq. Yeganə təsəllimiz sizsiniz.
Bizim bütün imzalarımızın, dəridən-qabıqdan çıxmağımızın, narahatlığımızın səbəbi sizsiniz. Sevginin ən məsum, ən doğru ünvanı da sizsiniz. Bizi yazıçıya, şairə, rəssama, bəstəkara, həkimə çevirən də sizsiniz. Dünyanın ən gözəl romanları, şeirləri sizə yazılıb, ən seçilən musiqilər sizə bəstələnib, ən gözəl əsərlər sizə çəkilib. Siz olmasaydınız bu qədər güclü görünməyimizə, dözümlü olmağımıza, çöllərə düşməyimizə ehtiyac qalmazdı. Siz həmişə bizim əskik tərəflərimizi ustalıqla tamamlayıb, bizə hiss etdirmədən bütövlüyü bizim ayağımıza yazan qadınlarsınız.
Bilirik, bütün günlər sizindir, sadəcə ayda-ildə bir dəfə güc-bəla ilə vaxt edib sizi təbrik edirik. Bunu da bizim etirafımıza bağışlayın.