- Aynur Cəlilovanı insanlara necə təqdim edək?
Aynur Həsən qızı Cəlilova.
2. Bir az işinizdən danışın.
Coğrafiya müəllimiyəm. Hal-hazırda 169 nömrəli məktəbdə işləyirəm. 3 kitab müəllifiyəm.
3. Sizcə bugünkü təhsilin vəziyyətini necədir? Dərsliklər ürəkaçandırmı? Şagirdlərin tədrisində hansı boşluqlar var və bunu necə aradan qaldırmaq olar ?
İnformasiya ötürücülərinin çox çeşidli olduğu bu dövrdə şagirdlərin güclü təhsil almaqları üçün tək dərslik materialları kifayət etmir. Sadəcə fiziki aktivliyi qorumaq şərtilə ,vaxtı səmərəli bölmək, tədris müəssisələrində əldə olunan bilikləri möhkəmləndirmək,informasiya vasitələrindən düzgün istifadə etmək lazımdır.
- Şagirdləri hansı kriteriyalara görə qiymətləndirirsiniz?
Gündəlik tədris zamanı qiymətləndirməni bir kənara qoysaq ,məncə şagirdlərin etik normalara riayət etməsi,davranış qaydaları da qiymətləndirmə kriteriyaları sırasında olmalıdır.
5. Film, kitab və musiqi zövqündən danışın.
Film izləməyə çox vaxtım yoxdur əslində, amma zamanla müxtəlif janrlarda diqqətimi çəkən filmə baxıb, kitablar oxuyuram.
Musiqi zövqümü anam formalaşdırıb. Uşaq vaxtlarımızı xatırlayıram. Evimizdə Luçano Pavarottinin kasetlərindən ibarət guşə var idi. Bəli, mən indi də opera dinləməyi hədsiz sevirəm. Bu, mənim ruhumu dincəldir.
6. Hansısa filmdə, əsərdə özünüzə rast gəldiyin obraz olumbu?
Deməzdim tamamilə özümü gördüyüm obraz olub. Sadəcə hardasa fikrimi tamamlayan, qərarımı qətiləşdirən obrazlar olub.
- Nəyi heç vaxt etməzdiniz?
Bu sualı eşidən kimi Hz.Mövlanadan hədis düşür yadıma .Qisa formada ,türkcə deyəcəm.
“Olmaz dediğin ne varsa hepsi olur.Düşməm dersin düşersin,şaşmam dersin şaşarsın.Öldüm der durur ,yine de yaşarsın. İnsan səhvləri ,doğruları ,etdikləri və etmədikləri ilə formalaşır, bütövləşir insan olur.
8. Ən böyük eşqlər nə ilə başlayır?
Hz. Yusif(s) dediyi kimi, eşq müqəddəsdir! Xəyanət əhli aşiq ola bilməz.
Düşünürəm ki,ən böyük eşqin təməli məhz beşikdən ,körpəlikdən ,evdən gəlir. Sevgidolu , eşqdolu yaşadığım hər saniyənin belə dəyərini bilib,onu əziz tutduğum üçün,bu sevgi toxumlarını qəlbimə səpən,məni sevgi və saf hisslər içərisində böyüdən anama ömrümün sonuna kimi minnətdar olacam.
9. Yüz il sonra insanlar sizi necə xatırlayacaq?
Bilirsiniz insan daima yaxşının axtarışında ,onu inkişaf etdirəcək,dolğunlaşdıracaq hər bir şeyin,hər bir kəsin sorağında olmalıdır.Sahiblənərkən isə dəyərini və qiymətini bilməlidir.Məncə özünü genişləndirmiş, eyni zamanda qəlblərə toxuna bilən bir insan ,bir müəllim bu dünyadan belə asan gedə bilməz, ixtiyarı çatmaz.
Yəni insan gedər bu təbiidir ,ancaq izi qalar.
Bir müəllimi isə illər sonra xatırladan, gələcək nəslə ötürdüyü tövhələri ,müəllifi olduğu kitabları olar.
Fikrimi Abdul Kamalın sözləri ilə yekunlaşdırmaq istəyirəm.
“Müəllimlik şəxsiyyətin xarakterini və gələcəyini formalaşdıran çox nəcib bir peşədir.Əgər xalq məni yaxşı müəllim kimi xatırlayarsa ,bu, mənim üçün böyük şərəf olar”.
–
- Tanrı ilə görüşmək fürsətiniz olsaydı ona ilk sualınız nə olardı?
Tanrı ilə görüşmək fürsətim olsaydı. Bu sualın çəkisi məni zehnimin ,düşüncəmin ,xəyalımın gücündən alıb uzaqlara aparır. Çünki bu elə bir buluşma olar ki,Onun sözlərlə ifadə edə bilməyəcəyim,təxəyyülümdə canlandıra bilmədiyim əzəməti damarda qanımı,sözümü nitqimi qurudar. Yəqin ki,danişmaq ,söz soruşmaq yox ,yalnız və yalnız dinləmək istəyərəm.
- Ölməzdən öncə etməli olduğunuz 3 planınız haqqında danışın. Məncə insan yaşamağı,arzulamağı sevdiyi kimi ,ölməyi də sevməlidir.Özünə keyfiyyətli ömür arzuladığı kimi,keyfiyyətli ölüm də arzulamalıdır. Ümumiyyətlə insanın dəyəri və qiyməti nədən ibarətdir?
necə öləcəyi ,bu dünyadan necə getməyi..
İnsan bu dünyadan gedişi haqqında düşünməli və onun üçün yaşamalıdır. Zatən bu dünyaya ölmək üçün gəlmişik.Hər bir yaradılış ölümü dadacaq.Ölüm haqqdir.Ancaq ölümün də gözəli qəfil,anidən gələnidir.Əlbət öləcəyini bilən insana plan qurmaq çətin olar məncə)).Təbii ki,özünü qayğı donuna bürüyən ,fədakarlıqdan ,sevgi ötürməkdən doymayan birisi üçün bu suala cavab vermək çətindir.
Dahi şairimiz Mikayıl Müşfiq demişkən
Ah,mən gündən günə bu gözəlləşən
İşıqlı dünyadan necə əl çəkim?
Bu yerlə çarpışan ,göylə əlləşən ,
Dostdan ,aşinadan necə əl çəkim
- Zaman maşınınız olsaydı hansı ilə gedərdiniz?
Əslində nə keçmişin həsrətində ,nə də gələcəyin intizarında olmuşam. Necə deyərlər keçənə güzəşt ,gələcəyə isə ümidlə baxmalıdır insan.Daha çox movcud olduğum zamandan ,düşdüyüm durumdan baş çıxarmağa çalışmışam.Yəni hadisələrə real yanaşıb ,anı yaşamağı sevirəm.Məncə ən düzgün qərarlar da məhz bu zaman verilir.Nə əvvəlcədən düşünülmüş ,nə də ki planlı.
- İndiki Aynurdan razısınız?
Məncə insan özünü var olduğu kimi sevəndə mükəmməlləşir.Yəni ilk növbədə insan özünü sevməli və özünə hörmət etməlidir.
Bəlkə bu sözlərimi təvazökarlıqdan uzaq kimi qəbul edərsiniz.Ancaq zaman keçdikcə ,yaşa dolduqca indiki Aynuru daha çox sevirəm. Geridə qoyduqlarım,bu günkü zəhmətim ,gələcəyim üçün çizdiyim həyat modelim bunu deməyə əsas verir. Bu yaşıma kimi deyə bilərəm ki,verdiyim qərarlardan peşman olmamışam.Mənim üçün ilk təəssürat çox önəmlidir,unudulmazdır və deyə bilərəm ki zənnim məni aldatmayıb.Sonradan verdiyim qərarlarımda da ilk təəssüratın rolu böyük olub. Məncə insanlar bəşəriyyətin onlara bəxş etdiyi fövqaladə gücdən xəbərsizdirlər və ya düzgün istifadə edə bilmirlər. İmam Əli(ə) ona insan mələkdən üstün ola bilərmi sualına belə cavab buyurmuşdur. Allah (c.) Mələklərə ağıl verib ,nəfsi istəklər verməyib; heyvanlara nəfsi istəklər verib ,ağıl verməyib ; Adəm övladına isə onların hər ikisini verib .Odur ki,ağlı nəfsi istəklərinə qalib gələn hər kəs Mələklərdən də üstündür.
- Düşüncələrinizi, həyatınızı dəyişən kitab olubmu? Hansıdır?
Düşüncələrimi ,həyatımı dəyişən,məni mən edən,dolğunlaşdıran yəqin ki ,elə öz ömür kitabım olub.
- Hansı sualın olmasını istəyərdiniz?
Suallarınız olduqca mənalı və düşündürücüdür. Sanki özümlə təklikdə qaldim ,özümü dinlədim ( hərçənd ki,belə fürsətim demək olar ki ,olmur) suallarınız sayəsində.Düşünürəm bunlar kifayətdir.
- Hamımız cəsarətimizə, iradəmizə, dolayısıyla xarakterimizə bələdik. Hansı peyğəmbərin dövründə yaşamaq istəyərdiniz? Tam səmimi.
Peyğəmbərlərdən çoxunun həyatını oxumuşam və o dövrlərdə yaşananlardan az-çox məlumatlıyam.Əslində düşünürəm ki,hər birinin çətin,sınaqla dolu zəmanəsində yaşamaq özü böyük cəsarət və hünər tələb edib. Ancaq Rəbbimə müsəlman olduğum üçün və məni islam dinində yaratdığı üçün gündə 5 dəfə səcdə halında şükr edirəm. Düşünürəm ki,Məhəmməd (s.a.s) peyğəmbərin dövründə yaşamaq istəyərdim.
- Vaxt ayırdığınız üçün təşəkkür edirəm. Çox sağ olun!
Mən təşəkkür edirəm gözəl müsahibəyə görə.