Hikmət Rəhimov 3-cü filmini təqdim edəcək

0

Bu barədə Rəhimov özü açıqlama verib. O bildirib ki, rejissor kimi onun 3-cü tammetrajlı bədii filmidir:

“Əziz və dəyərli dostlar.

Sizinlə mühüm bir xəbəri bölüşmək istədim. Apatiya 2 mənim rejissor kimi sayca üçüncü tammetrajlı filmimdir. Bu film bütün dünyada sevgidən və diqqətdən kənar qalan uşaqlara ithaf olunur. Filmin təqdimatı 10 Yanvar  “Flame Towers”də baş tutacaq. Film həmin  gündən ölkənin bütün kinoteatrlarında nümayiş olunacaq.
Bu işin ərsəyə gəlməsində yanımda olan və mənə dəstək olan bütün insanların adlarını filmin sonunda qeyd etmişik.
Filmin yaş həddi +16
Janr Dram.
Təqdimat günü yaradıcı heyyətlə filmi izləmək üçün bilet ala bilərsiniz.
Paylaş

Şərh yaz