Dünyanın ən rahat işi bilirsiniz nədir? Məsləhət vermək. Hamının ağıllı sözə ehtiyacı var, necə deyərlər “Məsləhətli don gen olar” , amma ağıllı söz də ağıllı adamın dilindən çıxanda dəyərli olur, qardaş canı. Yoxsa haqqı çatan da, çatmayan da özünə müdrik görkəm verib kinlərərsə uşaq kimi dərs keçirsə, bu, heç vaxt qəbul olunmaz. Gəlin bu məsləhətli donun razmerini birlikdə ölçək. Deməyin ki, susmaq qızıldı və Azərbaycan qızıl xırdalayır.
TV`lərdəki aparıcılar başda olmaqla, bəzi qəzetlərin köşə yazarları daha da qabağa gedərək bütün millətə ağıl xocalığı edirlər. Mediasından tutmuş teatra qədər, məktəbdən institutlara kimi, mətbuatdan tutmuş yazıçılar birliyinə kimi yad bir dünya görüşü təbliğ olunur. Həyat əlifbasından xəbəri olmayan aparıcılar, ağbirçək mügənnilər efirdə xalq istiqamət verirlər. Ər seçməyi, uşağa yaxşı baxmağı, namuslu olmağı, müasir davranışları, güclü olmağı, uduzmamağı öyrədirlər.
Maraqlı bir tendensiya müşahidə olunur: evdən dalaşıb çıxır günahkar millətdir, havalar isti keçir günahkar yenə millətdir. Az qalır deyə ki,evimdə dolma,bozartma bişmir – səbəbkar yenə millətdir. Bütün bunlar birmənalı olaraq təfəkkürdəki qüsürdan xəbər verir, başqa ad tapmağa çətinlik çəkirəm.
Bilmirəm nə hikmətdirsə biz daha çox ehtiyaclarımızdan yox, nəfsimizin istəkləri-nin həyata keçməməyindən şikayətçiyik. Ehtiyacla istəyi səhv salırıq. Bilməliyik ki, insan üçün su içmək ehtiyacdırsa, “Red Bull” içmək istəkdir, evində bişəni yemək ehtiyacdırsa, Mc.Donald-da, “KFC” də yemək istəkdir. Məsələn, ruhuna istirahət vermək üçün TƏMİZ HAVADA gəzmək ehtiyacdırsa, Park Bulvarda, 28 Mal Bazarında gəzmək isə istəkdir (Niyə bunları misal çəkdim? Çünki Bakıda ən “modnu tipləri” axtarmış olsanız yalnız burda tapa bilərsiz. M.R). Sözümün mustafası odur ki, istəklərimiz çoxaldığında və ona çata bilməyəndə qəlbimiz qaralır, çaşıb qalırıq, depresiyaya düşürük.
Hamı deyir: “İçindəki Aslanı oyandır” , ”Sən qabağa getməlisən “ , “Sən o`san sən bu`san”. Amma bir nəfər çıxıb demir ki, a bala içindəki “dərvişi” , “mömini” oyandır. Pas atmış imanını çalışdır.
<
Elə ki, Facebook`da mövsümə uyğun 1-2 satatus yazdın haa vəssəlam, iş tamam. bayrağındakı rənglərin haqqını verdiyini düşünür. Bəziləri də öz ateizmi üçün daim, ara vermədən, rahatlıq tapmadan yeni-yeni dəlillər axtarıb tapmağa elə çalışırlar ki…Elə narahatdırlar ki… Dəlil olmayanda emosional hücüma elə keçirlər ki, lağlağı eləyir, ironik replikalar atır, bir sözlə, özlərinin haqlı olduqlarını nümayiş etdirmək üçün dəridən- qabıqdan elə çıxırlar ki, dostum demiş elə bil bunların bayrağın-da yaşıl rəng olmasaydı, indi marsda oturub armudu stəkanda çay içirdilər. Deyirlər bu dünya heçdən yaranıb.Allah-Allah,daha niyə özünüzü üzürsünüz bu “heçdən” ötrü?
Bəli, bizim məsləhətli donun bütün vur-tutu elə bunun başındadır – bizi öz kökümüzdən qoparıb yadlara, yad ideologiyaya bağlamaq.
Miri Rəsulzadə