Nə sünnü şiə olandı, nə şiə sünnü – İlham Əziz

0

Şah İsmayıl söhbətinin içindən məzhəb küləyi əsir, bu çox təhlükəli küləkdi.

Ağıllı kişilər bilir ki, məzhəb söhbəti bitib-tükənən deyil, heç bir nəticəsi də yoxdu, ancaq ara qarışdırmaq, zəhlə tökməkdi.

Nə sünnü şiə olandı, nə şiə sünnü.

Tarixi şəxsiyyətlər abidədir, onlara çamur atmaqla heç kim heç nə əldə edə bilməz.

Onları yaşadıqları tarixi kontekstdən çıxarıb bu günün alətləri ilə mühakimə etmək onlara zülümdü, na haqqdı.

Türk sultanları öz övladlarını, qardaşlarını, dostlarını edam ediblər. Bu gün biz onları da mühakimə edə bilərik, ancaq zaman, tarix bizə gülər.

Ağıllı adamlar onları dövlət müstəvisində mühasibə edir.

Tarixi və böyük şəxsiyyətlər verdikləri qərarların qeyri-adiliklərinə görə tarixi və böyükdürlər.

Qaldı Şah İsmayıla, dünyanın yaşayan ən böyük yazıçılarından Salman Rüşdü “Florensiyalı sehrbaz” romanında Şah babadan 30 səhifə böyük heyranlıqla yazıb.
Bizdə tarixi şəxsiyyətlərimizə heyranlıq və məhəbbətlə baxmalıyıq.

Paylaş

Şərh yaz