Yəqinki, yadınızdadır- “KurtlarVadisiFələstin” filminin başlanğıcı.. İsrailli əsgər Poladgili qoymureee keçib getsinlər, o fraqmenti deyirəm.. Rəhmətlik Memati də deyirdi: “Usta, bunların lafdan anlayacağı yok”. Sonra Polad dedi ki; Memati, lafına bağlı. Anlayacağı bir lafı buluruz əlbətt..
İndi deyəsən mən də bəzi canlıların anlayacağı “lafı” bulmuşam. Xüsusən də müsəlmanları öz məntiqi sualları ilə əzmək istəyən canlıların, insanciyəzlərin.. Nədənsə ağıl xocalığı edən, ömründə bir dəfə də olsa səcdə etməyən adamların rişxənd obyektinə çevirdikləri mövzular (?) təzadlarla doludur. Bəzilərinin ildə bir dəfə hansısa məclisdə (çox vaxt 50 qram vurandan sonra başqalarının qarşısında riyakarlıq edərək…) mərhəmət damarı tutur. Əksər hallarda bu iradları tutur və hücuma keçirlər:
“Həccə verdiyin pula, get yetimləri doydur, kiməsə əl tut..”, “Əsas ürəyin təmiz olsun o sənin Həccini ödüyür..” ve s… Siyahını istədiyiniz qədər uzada bilərsiniz.
Amma mənim də bu insanlara bəzi suallarım var… Niyə hansısa istirahət mərkəzində ailənə xərclədiyin pula yetimlərə əl tutmursan? Niyə “Essentuki, Antalya, Nabran” kimi yerlərdə bir həftədə xərclədiyin 2000 AZN kasıblara yardım etmirsən? Niyə il boyu içkiyə, siqaretə, toylara yazdırdığın pulu, həyatında bazdığa xərclədiyin 1000 $’ları demirsən, görməzdən gəlirsən? Amma müsəlmanın ömründə bir dəfə mənəvi zövq almaq üçün xərclədiyi 2000 AZN səni bu qədər narahat edir. Niyə ibadət üçün çəkilən xərci həzm edə bilmirsən? Bunu əlində bayraq edib öz aləmində guya meydan sulayırsan.. Sənə yazığım gəlir.
Qarışqa